“Barselona” futbol klubunun baş məşqçisi Xavi Ernandes Kataloniya klubunun yarımmüdafiəçisi İlkay Gündoğanın ustalıq səviyyəsini yüksək qiymətləndirib.
Xavi qeyd edib ki, 32 yaşlı futbolçu “Barselona”ya ancaq fayda gətirir.
“Son matçda çətin vəziyyətdə olduğumuz zaman (“Las Palmas” ilə La Liqanın sonuncu matçında Gündoğan 90+3-cü dəqiqədə “Barselona”nın qələbə qolunu (1:2) vurmuşdu - red.) o, vəziyyəti dəyişdi. İlkay komandada öz individuallığını nümayiş etdirir. Bu ona həmişə müsbət təsir göstərir. O bizim üçün göydən enib. Çoxları tənqid etməyi xoşlayırlar, amma onun göstəriciləri çox yaxşıdır”, - deyə Xavi vurğulayıb.
Məlumat üçün əlavə edək ki, İlkay Gündoğanın “Barselona” ilə hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.
Mənbə: Sport.es
Rəylər