“Barselona” rəhbərliyi bu mövsüm iki kubok gözləyir, əks halda komandanın baş məşqçisi Xavi istefaya göndəriləcək.
Məlumata görə, klubun prezidenti Joan Laporta və Xavi yanvarda keçiriləcək İspaniya Superkubokunun komanda üçün dönüş nöqtəsi olacağına əmindirlər. Burada qalib gəlmək zəruri hesab olunur.
Eyni zamanda, komanda rəhbərliyi hesab edir ki, “Barsa” İspaniya Primerasını qazanmalıdır.
Həmçinin, Kataloniya klubunun rəhbərliyi ən yüksək səviyyədə Çempionlar Liqasında çıxış etməyi, pley-off mərhələlərini keçərək yaxşı futbol nümayiş etdirməyi tələb edir.
Mənbə: championat.com
Rəylər