“Xәzәr Lәnkәran”ın baş mәşqçisi Elbrus Mәmmәdov istefa verib.
Bu barədə Oxu.Az “Qafqazinfo”-ya istinadən xəbər verib.
Elbrus Mәmmәdov “Kәpәz”ә 0:3 hesabı ilә uduzduqları oyunu şәrh edərkən bunları deyib:
“Әn zәif oyunumuzu keçirdik. İlk hissәdә yaxşı oynadıq. İkinci hissәdə isә zәif çıxış etdik. Rәqibә avrokuboklarda uğurlar arzu edirәm. İstefa әrizәmi rәhbәrliyә tәqdim etmişәm. Onlardan cavab gözlәyirәm”.
E.Ə.
www.oxu.az