Dünyanın ən populyar virtual döyüş növü olan “Counter-Strike”: “Global Offensive” (CS:GO) oyunu üzrə “Xəmsə” beynəlxalq turnirində pley-off mərhələsinin iştirakçıları müəyyənləşib.
İlk mərhələni uğurla adlayan “Budapest Five”, BEE (Macarıstan), “Wait For Tag”, “Marlian eSports” (Ukrayna), “Selected İnvaders” (Şimali Makedoniya), “Dark Tigers”, “Defeaters” (hər ikisi Slovakiya), “Zorka-Gaming” (Bolqarıstan) komandaları 14 finalda mübarizəni davam etdirəcək. Yarımfinala vəsiqə uğrunda “Budapest Five”-“Wait For Tag”, “Selected İnvaders” – “Dark Tigers”, “Zorka-Gaming” –“Defeaters”, “Marlian eSports” - BEE komandaları üz-üzə gələcək.
Turnirdə Azərbaycanla yanaşı Belarus, Gürcüstan, Ukrayna, Şimali Makedoniya, Slovakiya, Polşa və Macarıstan komandaları iştirak edir. Ölkəmizi təmsil edən “Karabakh Horses” və “GMT Esports” komandaları 14 final mərhələsinə vəsiqə qazana bilməyib.
Xatırladaq ki, “Gaming League Azerbaijan” yarışı Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin birgə dəstəyilə təşkil edir.
“Instagram” ünvanı: Glahub
“Youtube” ünvanı: Glahub