İtaliya futbolunun parlaq simalarından biri - Alessandro Del Pyero xəstəxanaya düşüb.
Oxu.Az xəbər verir ki, idmançı bu barədə “Instagram” səhifəsində məlumat verib.
“Yuventus” klubunun sabiq futbolçusu paylaşdığı fotoya şərh yazıb: “İndiyə qədər inana bilmirəm ki, üç santimetrlik kiçik daş bu qədər çətinlik yarada bilər”.
Qeyd edək ki, A.Del Pyero böyrək daşı xəstəliyindən əziyyət çəkir.
