Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Xorvatiya tarixində ilk dəfə DÇ-nin finalına yüksəldi
Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub.
Oxu.az-ın məlumatına görə, ikinci finalçının adı Xorvatiya - İngiltərə matçından sonra müəyyənləşib.
Oyun ingilislərin üstünlüyü ilə başlayıb və artıq 5-ci dəqiqədə Tripper hesabı açıb.
Lakin görüşün 68-ci dəqiqəsində xorvatlar bərabərlik qolunu vurublar: Perişiç fərqlənib.
90 dəqiqə ərzində qalib müəyyənləşmədiyi üçün hakim əlavə 30 dəqiqə təyin edib.
Bu zaman kəsiyində də Xorvatiya qol vura bilib – 109-cu dəqiqə Mancukiç sərrast zərbə endirib.
Qalan dəqiqələrdə İngiltərənin bərabərlik qolunu vurmaq səyləri nəticəsiz qalıb. Xorvatiya tarixində ilk dəfə dünya çempionatının finalına yüksəlib.
Həlledici görüşdə onların rəqibi Fransa komandası olacaq.
"Fransa" teqi üzrə xəbərlər
- Miqrantların ən çox üz tutduqları Avropa ölkəsi dəyişib
- Starmer və Makron ABŞ-nin tariflərinə qarşı istənilən cavab tədbirini nəzərdən keçirməyə hazırdırlar
- "Haber Global": "Makron ölkəni agentlər vasitəsilə idarə edir"
- Qazaxıstanda bir qrup fransız Baykonur kosmodromuna daxil olmağa cəhd edib
- Fransa ABŞ-nin onun ərazisinə iddia qaldıra biləcəyindən narahatdır