Azərbaycanın tanınmış müğənnisi Xumar Qədimova Almaniya millisinin AVRO-2020-nin 1/8 finalında İngiltərəyə 0:2 hesabı ilə uduzub yarışdan kənar qalmasına pis olub.
Oxu.Az xəbər verir ki, o, hətta baş məşqçi Yoahim Lövə görə ağlayıb.
Almaniyanın buraxdığı ikinci qoldan sonra Xumar Qədimova bunları deyib: “Bunu istəyirdiniz? Dincəlin. Çatın arzunuza. Getdi, Löv getdi. Sizin gözünüz, nəzəriniz... Getdi Lövüm...”
O bu videonu “O getdi, dərdimin dərmanı getdi...” başlığı ilə öz “Instagram” səhifəsində paylaşıb.
View this post on InstagramQeyd edək ki, Xumar Qədimova daha əvvəl futbolla bağlı qeyri-adi açıqlama verib. O, “Space” radiosunda qonaq olarkən İspaniyaya azarkeşlik etdiyini, Fransa millisinin sabiq futbolçusu Biksent Lizarazyünün adının erotik səsləndiyini, 2002-ci ildəki dünya çempionatında Cənubi Koreyanın futbolçusu An Cun-hvanı virtual olaraq sevdiyini bildirib.
O, iyunun 20-də Yoaxim Lövün şəklini paylaşaraq isə belə yazmışdı: “Hər şeyə rəğmən, ona aşiqəm...”
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada müəllim 16 il işə çıxmadan maaş alıb
- Almaniyada vağzallarda alkoqol qadağasını pozan beş minə yaxın şəxs aşkarlanıb
- Almaniya kəşfiyyatı yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsula əl atdı
- Hitlerin "Qartal yuvası"nı yandıran şəxs tutuldu - Foto
- Almaniyada 80 yaşlı şəxsin hüceyrələri 60 il cavanlaşdırıldı
Digər xəbərlər