Dünya reytinqində birinci pillədə qərarlaşan italiyalı Yannik Sinner son 15 ildə ardıcıl dörd dəfə serb Novak Cokoviçə qalib gələn ilk tennisçi olub.
Oxu.Az Tennis.com-a istinadən xəbər verir ki, 23 yaşlı idmançı buna ötən gün "Rolan Qarros" turnirinin yarımfinalında rəqibini məğlub etməklə (3:0) nail olub.
Məlumat üçün qeyd edək ki, Y.Sinner 2023-cü ildə Devis Kubokunun finalında, 2024-cü ildə Avstraliya Açıq çempionatında və Şanxaydakı yarışda N.Cokoviçi üstələyib.