Qazaxıstanın “Taraz” klubunun sabiq baş məşqçisi Yevgeni Yarovenko əcnəbilərin milli komandalarda baş məşqçi kimi fəaliyyətindən danışan zaman futbol üzrə Azərbaycan yığmasına da toxunub.
Oxu.Az Prosports.kz portalına istinadən xəbər verir ki, o, Azərbaycan yığmasının baş məqşçisi postuna yerli mütəxəssisin gətirilməli olduğunu deyib:
“Talqat Baysufinov göstərdi ki, yerli məşqçi ilə nəticələr əldə etmək olar. Sadəcə, onların potensialını üzə çıxarması üçün həmin məşqçilərə vaxt verilməlidir. Bir il ərzində bunu etmək çox çətindir. Bu, təkcə Qazaxıstan və Ukraynaya deyil, Rusiya, Azərbaycan və Gürcüstana da aiddir. Yığmanın baş məşqçisi postuna yerli mütəxəssislər gətirilməlidir”, - Yarovenko bildirib.