Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yassin Benziya: "Keçmiş klubuma qarşı matç mənim üçün çox maraqlı olacaq"
"Mən oynadığım zamanda da yaxşı performans göstərirdilər".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Yassin Benzia UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda "Lion"la (Fransa) oyundan əvvəl keçirilən mətbuat konfransında bildirib.
30 yaşlı yarımmüdafiəçi qarşılaşmanın onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
"Lion"da çox böyük fərq var. Mən oynadığım zamanda da yaxşı performans göstərirdilər. İndi də yüksəksəviyyəli kollektiv var".
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.
Benzia 2011-2015-ci illər aralığında "Lion"un formasını geyinib.
Anar Həsənov
"Qarabağ" teqi üzrə xəbərlər
- Güllə səsi ilə susdurulan son toyun 30 il sonra cuşa gələn çal-çağırı
- Erməni general: "Daşnak" taborunda Qarabağdan olanlarla yanaşı, Ermənistan vətəndaşları da var idi"
- Qukasyan: "1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı"
- Şuşa əməliyyatı ilə bağlı film: Çəkilişlər harada və nə zaman başlayır? - ÖZƏL
- Qarabağda və Şərqi Zəngəzurda peşə təhsili müəssisələri ilə bağlı görülən işlər AÇIQLANDI