Qadın və kişi şahmatçılar arasında Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib.
Oxu.Az-ın məlumatına görə, VIII oyun günündə yarışın qaliblərinin adlarına aydınlıq gəlib.
Hesabat turunda da qələbə qazanan Eltac Səfərli və Nərmin Kazımova sona 1 matç qalmış çempionluqlarını bayram ediblər.
Onların hər ikisi ən yaxın izləyicilərini 1,5 xal qabaqlayırlar.
Bu gün baş tutacaq son turda digər mükafatçıların adları da dəqiqləşəcək.