Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Yeni nazir müavini əvvəlki vəzifəsindən ayrılmalı olacaq](https://images.oxu.az/2021/12/03/16/49/09/83919f17-1d57-46d3-a1a3-f80eee5c574b/15691657415d8791ad2feb72.76405187:1200.jpg)
Yeni nazir müavini əvvəlki vəzifəsindən ayrılmalı olacaq
Gənclər və idman nazirinin idman siyasəti üzrə yeni müavini Mariana Vasilyeva bədii gimnastika üzrə baş məşqçi postundan ayrılacaq.
Bu barədə Oxu.Az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev deyib.
Onun sözlərinə görə, Vasilyevanın nazir müavini təyin olunmasından sonra məşqçilikdən ayrılması gözlənilir:
“Buna səbəb onun nazirlikdə işlərinin çoxluğudur. Vasilyevanın bu postdan ayrılması yəqin ki, yaxın günlərdə Azərbaycan Gimnastika Federasiyası tərəfindən rəsmi şəkildə açıqlanacaq”.
Qeyd edək ki, milliyyətcə bolqar olan Mariana Vasilyeva noyabrın 29-da gənclər və idman naziri Fərid Qayıbovun müavini təyin olunub. O, yeni vəzifəsində 15 il bu qurumda işləyən İsmayıl İsmayılovu əvəzləyib.
Səbuhi Musayev
"Fərid Qayıbov" teqi üzrə xəbərlər
- İcra hakimiyyəti orqanlarının fevral ayında keçiriləcək vətəndaş qəbulunun CƏDVƏLİ
- "Qəbələ - İdman Paytaxtı 2025"in açılış mərasimi olub
- Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Ölkəmizdə dördüncü Karyera İnkişaf Forumu keçirilir
Rəylər