Azərbaycanın televiziya kanalları Azərbaycan Qolf Federasiyası və European Tour-un təşkilatçılığı ilə Qubadakı Milli Qolf Klubunda keçirilən möhtəşəm Challenge Tour-u geniş işıqlandırıblar.
Oxu.Az xəbər verir ki, ölkənin aparıcı telekanallarının xəbər buraxılışlarında bu möhtəşəm yarışma barədə ətraflı məlumat verilib, onun ölkəmizdə qolfun inkişafında mühüm rol oynayacağı vurğulanıb.
Qeyd edək ki, Qubadakı Milli Qolf Klubunda iyulun 31-də start götürən yarış avqustun 3-dək davam edəcək. Ölkə tarixində ilk dəfə keçirilən Challenge Tour-da dünyanın müxtəlif ölkələrindən 156 tanınmış qolfçu iştirak edir.