Kişinyovda Döyüş idman növləri üzrə “Döyüşçü-2014” Avropa çempionatı keçirilib.
Oxu.Az Sport.1news.az-a istinadən xəbər verir ki, Moldova KİV-in məlumatına görə, komanda yarışında birinci yeri yarışların ev sahibləri tutub.
2-ci yerdə Azərbaycan yığması, 3-cü yerdə isə Ukrayna durub. Çempionat üçüncü dəfə keçirilirdi və burada 7 ölkədən 300 idmançı iştirak edib.