"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp karyerasında yeni səhifə açır.
Oxu.Az "Sky Sport"a istinadən xəbər verir ki, mütəxəssis Almaniya Futbol İttifaqı (DFB) ilə müqavilənin şərtlərini tam razılaşdırıb və milli komandanın yeni çalışdırıcısı postunu tutacaq.
Yeni müqavilənin müddəti 2030-cu ilədək hesablanıb və Mərakeş, Portuqaliya, eləcə də İspaniyada təşkil olunacaq DÇ-2030-u da əhatə edəcək.
DFB rəsmiləri, Yurgen Klopp və onun agenti arasında həlledici danışıqların son mərhələsi cümə və şənbə günləri Nyu-Yorkda baş tutacaq. Məşhur mütəxəssisin 2025-ci ilin yanvarından etibarən qlobal futbol üzrə rəhbər vəzifəsini icra etdiyi "Red Bull" strukturu ilə yollarını ayırması məsələsi artıq öz həllini tapıb - onun bu şirkətdən gedişi DFB ilə tamhüquqlu müqavilə imzalandıqdan dərhal sonra hüquqi müstəvidə sənədləşdiriləcək.