"Sabah" klubunun hücumçusu Coy-Lens Mikels Almaniya millisində oynamaq arzusunda olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniyanın n-tv.de saytı məlumat yayıb.
"Əslində, Almaniya yığmasında oynamaq şansım var idi. Çünki Ruanda millisində heç bir rəsmi oyuna çıxmamışdım. Yəni Yurgen Klopp məni komandada görmək istəsəydi, dəvət göndərə bilərdi. Lakin sentyabrın 25-də bu ehtimal rəsmən aradan qalxacaq. Həmin gün Ruanda yığması ilə ilk rəsmi matçımda iştirak edəcəyəm", - deyə futbolçu bildirib.
Almaniya nəşrində bildirilir ki, Mikels bu gün Ruandanın paytaxtı Kiqalidə Liberiya yığmasına qarşı Afrika Millətlər Kubokunun seçmə mərhələ oyununa çıxacaq. Onun əkiz qardaşı Coy-Sleyd və bir yaş kiçik qardaşı Leroy-Jak da Ruanda milli komandasının düşərgəsindədir.
Qeyd edək ki, Ruanda əsilli 32 yaşlı futbolçu Almaniyada doğulub.