"Sabah"ın hücumçusu Coy-Lens Mikels Almaniyada özünü olduğundan fərqli göstərməli olduğunu hiss etdiyini bildirib.
Oxu.Az xəbər verir ki, 32 yaşlı futbolçu bu barədə Almaniyanın NTV kanalının "Absolut Fußball" podkastına müsahibəsində danışıb.
Mikels Azərbaycandakı həyatından və qazancından razı olduğunu gizlətməyib:
"Azərbaycanda çox xoşbəxtəm. Burada bəzi Bundesliqa futbolçularından daha çox qazanıram. Niyə Bundesliqaya gedim ki? Üstəlik, qazancımı xalis şəkildə alıram".
Bununla belə, futbolçu yetirməsi olduğu "Borussiya Münhenqladbax"a qayıtmaq ehtimalını istisna etməyib: "Borussiya Münhenqladbax"dan transfer təklifi olsa gedərdim. Hətta daha az pul qazansam belə. Çünki ora mənim evimdir".
Qeyd edək ki, "Sabah" bu gün saat 20:45-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Bakı Olimpiya Stadionunda "Borussiya Dortmund"u qəbul edəcək. Qarşılaşma saat 20:45-də başlayacaq.