Almaniyalı təcrübəli çalışdırıcı Yürqen Klopp baş məşqçilik karyerasını başa vurub.
Oxu.Az xəbər verir ki, bu barədə idman jurnalisti Fabrizio Romano sosial şəbəkə hesabından məlumat yayıb.
Bildirilib ki, "Liverpul" və "Borussiya Dortmund" klublarının çalışdırıcısı olmuş Yürqen Klopp karyerasını bitirdiyini açıqlayıb.
Yürqen Klopp "Liverpul"la yolları ayırdıqdan sonra karyerasını davam etdirəcəyini bildirsə də, daha sonra fikrini dəyişib.
Qeyd edək ki, Yürqen Klopp 2023/24 mövsümü başa çatdıqdan sonra "Liverpul"la yolları ayırmaq qərarına gəlmişdi.
Rəylər