Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yusif İmanov və Nicat Mehbalıyevdən narazı olan baş məşqçi yeni qapıçının transferini istəyib
Hələ ki, heyətinə yeni futbolçu cəlb etməyən "Sabah" transfer çalışmalarını davam etdirir.
Oxu.Az Sport24.az-a istinadən xəbər verir ki, "bayquşlar" yeni qapıçı axtarışına çıxıblar.
Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski rəhbərlikdən yeni, daha səviyyəli "çərçivə qoruyucusu"nun transferini istəyib. Rusiyalı mütəxəssis hazırda heyətdə yer alan Yusif İmanov və Nicat Mehbalıyevin performansından narazıdır.
Buna görə klub rəhbərliyi baş məşqçinin istəyi ilə legioner qapıçı axtarır.
Qeyd edək ki, Premyer Liqada qış transfer pəncərəsi 14 yanvar - 10 fevral tarixlərini əhatə edəcək.
"Sabah FK" teqi üzrə xəbərlər
- Premyer Liqa: "Sabah" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib
- Rusiya millisi ilə Avropa çempionu olan futbolçu Azərbaycan vətəndaşlığı aldı
- Premyer Liqa: "Qarabağ" "Sumqayıt"a qalib gəldi
- Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb
- Azərbaycanda futbol hakimləri işlərini hansı səviyyədə icra edirlər?
Ən çox oxunanlar