Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yeni Suraxanı sakinlərinin ictimai nəqliyyat PROBLEMİ
Yeni Suraxanı qəsəbəsinin sakinləri 104 saylı sərnişin avtobusunun hərəkət intervalından ciddi narazılıq edirlər. Onlar bildirirlər ki, xüsusilə səhər və axşam pik saatlarda avtobuslar arasındakı interval o qədər çoxdur ki, işə və məktəbə vaxtında çatmaq mümkün olmur.
Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.
Bildirilib ki, 104 saylı avtobus Yeni Suraxanı qəsəbəsində 14 İyul küçəsi ilə hərəkət edir.
"Avtobuslar arasında interval o qədər çoxdur ki, günün pik saatlarında avtobusdan istifadə etməyimiz mümkünsüz olur. Səhər saatlarında uşaqlarımız da məktəbə gecikirlər. Gərək səhər saat 7-də evdən çıxaq ki, uşağı vaxtında məktəbə çatdıra bilək. Yağışlı, küləkli havalarda çox əziyyət çəkirik, avtobuslar gəlib çıxmaq bilmirlər, üstəlik avtobus gözləmək üçün dayanacağımız da yoxdur", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu verilib.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Xəstəlikdən əziyyət çəkən uşaqlarla bağlı şikayət: Dərmanlar verilmir?
- Binəqədi-Balaxanı yolunda kanalizasiya suyunun yola axması sakinlərin narazılığına səbəb oldu
- Sakinlərin kabusuna çevrilən kanala niyə çəpər çəkilmir?
- Alman dəqiqliyi harada qaldı? - Səfirlik vətəndaşın pasportunu itirdi
- Məmmədli kəndinin sakinlərindən şikayət: "Dünəndən işıq yanmır, donuruq"
Rəylər