Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Yuventus” “Atletiko”nu keçə biləcəkmi? - PREVYU
Bu gün UEFA Çempionlar Liqasında daha iki 1/4 finalçının adına aydınlıq gələcək.
Oxu.Az xəbər verir ki, görüşlər İtaliyanın Turin və İngiltərənin Mançester şəhərlərində keçiriləcək.
00:00 “Yuventus” – “Atletiko”
“Alyans Stadium”. Baş hakim: Byörn Kuypers (Hollandiya)
İlk görüş: 0:2
Bu matç, heç şübhəsiz ki, gecənin ən maraqlı görüşü hesab edilir. Madriddəki ilk matçdakı məğlubiyyət İtaliya çempionatının liderinin 90 dəqiqə ərzində hücum edən tərəf olacağı anlamına gəlir.
Ancaq bu matçda braziliyalı Aleks Sandronun cəzalı, kolumbiyalı Xuan Kuadradonun dizindən zədəli və Tunis əsilli Sami Xediranın ürək problemlərinin olması “Yuventus”un baş məşqçisi Massimiliano Alleqrini qayğılandırmaya bilməz.
Elə qarşı tərəfdə də yetərincə problemlər mövcuddur. İspaniya millisinin braziliyalı hücumçusu Dyeqo Kosta və qanalı Tomas Partey cəzalı duruma düşübsə, braziliyalı Filipe Luis və ispan mənşəli fransalı Lukas Ernandes zədəlidir.
00:00 “Mançester Siti” – “Şalke”
“Etihad Stedyum”. Baş hakim: Kleman Türpen (Fransa)
İlk görüş: 3:2
Elə bu matçda da tərəflərin heyətində oynamayacaq futbolçuların sayı çoxdur. Çilili qapıçı Klaudyo Bravo, belçikalı Kevin de Bröyne və Con Stounz zədədən əziyyət çəkirsə, braziliyalı Fernandinyo və argentinalı Niklas Otamendi cəzalı durumdadır.
İngiltərə Premyer Liqasının lideri olan “şəhərlilər” iki mərkəz müdafiəçisinin yoxluğunu bu matçda hiss etdirməməyə çalışacaq.
İtalyan mənşəli Daniel Kalicuri, ispaniyalı Omar Maskarel və avstriyalı Alesandro Şöpf müxtəlif zədə səbəbindən oynaya bilməyəcək.
Səbuhi MUSAYEV
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA ispaniyalı hakimləri Avrokubok oyunlarından uzaqlaşdırıb
- "Bavariya" - "Benfika" matçı zamanı bədbəxt hadisə yaşanıb
- "Barselona" 97 il sonra ilkə imza atıb
- "Srvena Zvezda" ilə görüşdə zədələnən Kubarsinin üzünə tikiş qoyulub
- ÇL-in Liqa mərhələsində IV turun son oyun gününün ən yaxşı futbolçuları
Rəylər