İtaliya A seriyasında 37-ci turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, "Yuventus" bu mövsüm iddialı oyun sərgiləyən "Boloniya"nın qonağı olub.
Matçın 76-cı dəqiqəsinədək 3:0 geridə olan "qoca sinyora" imkansızı bacarıb. Turinlilər on dəqiqəyə üç qol vuraraq möhtəşəm geridönüş edib və məğlubiyyətdən xilas ola biliblər - 3:3.
Sona bir tur qalmış hər iki komandanın 68 xalı var. Lakin daha yaxşı top fəqinə malik olan "Boloniya" üçüncü, "Yuve" isə dördüncü pillədə qərarlaşıb.
Rəylər