Koronavirus epidemiyasının kəskin yayıldığı ölkələrdən biri olan İtaliyada “Yuventus” - “İnter” oyunu da daxil olmaqla beş qarşılaşma təxirə salınıb.
Bu barədə “Hürriyet” məlumat yayıb.
İtaliya Futbol Federasiyasının açıqlamasında koronavirus epidemiyası səbəbilə “Yuventus” - “İnter”, “Udineze” - “Fiorentina”, “Milan” - “Cenoa”, “Parma” - SPAL və “Sassuolo” - “Breşia” qarşılaşmalarının təxirə salındığı bildirilib.
Təxirə salınan qarşılaşmaların mayın 13-də keçiriləcəyi qeyd olunub.