London “Arsenal”ının yarımmüdafiəçisi Aaron Remzi “Yuventus”la ilkin müqavilə imzalayıb.
“Sovetskiy sport” nəşri yazır ki, Remzinin Turin klubu ilə müqaviləsi iyunun 30-da qüvvəyə minəcək.
Məhz iyunun 30-dan uelsli futbolçu azad agent statusu əldə edəcək.
Bildirilir ki, 28 yaşlı yarımmüdafiəçi dünyada ən yüksək gəliri olan 10 futbolçudan biri olacaq.
“Yuventus”da Remzi il ərzində 23 milyon dollar qazanacaq.