İtaliya A seriyasında mübarizə aparan “Yuventus” klubu Türkiyə millisinin də şərəfini qoruyan futbolçusu Merih Demiralın əməliyyat edildiyini və altı-yeddi ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.
“HaberGlobal”ın məlumatına görə, “Yuventus”un açıqlamasında A Seriyasının 19-cu həftəsində Roma ilə səfər oyununun 16-cı dəqiqəsində zədələnən Dəmiralın Avstriyanın İnsbruk şəhərində əməliyyat edildiyi qeyd olunub.
Məlumata görə, türk ulduzun sol dizinin ön çarpaz bağlarında zədələnmə aşkarlanıb.