“Yuventus”un qadınlardan ibarət komandası A Seriyasının qalibi olub.
Sports.ru xəbər verir ki, Turin klubu 22 matçın hamısında qələbə qazanaraq, çempionatı 100%-lik nəticə ilə başa vurub.
Son turda “Yuve”nin xanımları “İnter”i 5:0 hesabı ilə darmadağın ediblər.
Mövsüm ərzində komanda 75 qol vurub və cəmi 10 top buraxıb.
💯% #𝗙𝟰𝗕𝗨𝗟𝗢𝗨𝗦!!!! 🏆🏆🏆🏆 pic.twitter.com/lyGnX9JrL7
— #F4BULOUS🏆🏆🏆🏆 (@JuventusFCWomen) May 23, 2021