“Yuventus” klubunun sabiq futbolçusu Paskuale Bruno Turin klubunun hücumçusu Kriştianu Ronaldunu italyanlara qarşı hörmətsiz münasibət göstərməkdə günahlandırıb.
Bu barədə “Calciomercato” nəşri məlumat yayıb.
P.Brunonun sözlərinə görə, Ronaldu iki ildir İtaliyada yaşamasına baxmayaraq, hələ də italyan dilini öyrənməyib.
“Artıq iki ildir İtaliyadadır, amma hələ də dilimizdə danışmağı öyrənməyib... Özünü ifadə etmək üçün İspan dilini istifadə edir. Komanda yoldaşlarına və italyanlara hörmət etmir”, - deyə P.Bruno vurğulayıb.