Tanınmış azərbaycanlı kikboksçu Zabit Səmədovun növbəti rəqibinin adı məlum olub.
Oxu.Az xəbər verir ki, o, bosniyalı Cevad Poturakla görüşəcək. Döyüş avqustun 22-də Qroznıda olacaq.
“Maşın” ləqəbli Poturak 77 döyüş keçirib və onların 52-də qələbə qazanıb (30 nokaut).
“Mauqli” ləqəbli Zabit Səmədovun 84 döyüşü və 74 qələbəsi var, onlardan 35-i nokautdur.

F.H.
www.oxu.az