Azərbaycanlı K-1 ustası Zabit Səmədov növbəti döyüşünü keçirib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, “Mauqli” ləqəbli döyüşçümüz Zabit Səmədov “Global Fighting Championship” (GFC) adlı turnirdə iranlı döyüşçü Cafar Ahmadi ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən kikboksinq döyüşü oktyabr ayının 16-da baş tutub.
Qeyd edək ki, döyüşə ciddi şəkildə hazırlaşan Zabit Səmədov bir neçə gün əvvəl türkiyəli məşhur kikboksçu Gökhan Saki ilə məşq etdiyi barədə məlumat yaymışdı.