Azərbaycanlı kikboksçu Zabit Səmədov növbəti döyüşünü keçirəcək.
Oxu.Az-ın xəbərinə görə, 37 yaşlı idmançımız Çeçenistanın paytaxtı Qroznıda döyüşəcək.
“Mauqli” ləqəbli idmançımızın rəqibi Fransanı təmsil edən Konqo əsilli boksçu Nayf Didye olacaq. Bu döyüş oktyabrın 4-də keçiriləcək.
View this post on InstagramQeyd edək ki, Z.Səmədov indiyədək kikboksinqdə 112 döyüş keçirib. O bunlardan 37-si nokaut olmaqla 102 döyüşdə qalib gəlib. 9 dəfə məğlub olan idmançımızın bir döyüşündə qalib müəyyənləşməyib.
Xatırladaq ki, Zabit Səmədov sonuncu döyüşünü iyunun 14-də yaşadığı Belarusda keçirib. O, ikinci raundda Almaniyanı təmsil edən rəqibi Deci Kalecaiyeni nokauta salıb. Ümumiyyətlə, idmançımız 19 döyüşdür ki, məğlub olmur. O sonuncu dəfə 8 il əvvəl – 2013-cü ilin martın 15-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən döyüşdə məşhur Mərakeş idmançısı Badr Hariyə uduzub.
Səbuhi Musayev
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada vağzallarda alkoqol qadağasını pozan beş minə yaxın şəxs aşkarlanıb
- Almaniya kəşfiyyatı yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsula əl atdı
- Hitlerin "Qartal yuvası"nı yandıran şəxs tutuldu - Foto
- Almaniyada 80 yaşlı şəxsin hüceyrələri 60 il cavanlaşdırıldı
- Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu
Digər xəbərlər