Azərbaycan cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirində bürünc medal qazanıb.
Oxu.Az xəbər verir ki, yarışın ilk günündə Hüseyn Allahyarov (60 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
O, üçüncü yer uğrunda qarşılaşmada İtaliya təmsilçisi Byaco D. Anceloya ipponla qalib gəlib.
Bu, 22 yaşlı tatami ustasının Dünya Cüdo Turunda ilk mükafatı olub.
Qeyd edək ki, Azərbaycan yarışa 15 cüdoçu ilə qatılıb.

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə Qran-pri turniri start götürəcək. İlk yarış günündə dörd çəki dərəcəsində 7 cüdoçumuz tatamiyə çıxacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Qran-prinin ilk günündə iştirak edəcək cüdoçularımız aşağıdakılardır:
Kişi cüdoçular:
-60 kq çəki dərəcəsində, 1/16 finalda Murad Muradlı - Qal Blaziç (Sloveniya);
-60 kq çəki dərəcəsində, 1/8 finalda Hüseyn Allahyarov - Marton Andrasi (Macarıstan);
-66 kq çəki dərəcəsində, 1/16 finalda İslam Rəhimov - Xoakin Tovalyari (Argentina), Nazir Talıbov - Alexandro Moral Navarro (İspaniya).
Qadın cüdoçular:
-48 kq çəki dərəcəsində, 1/8 finalda Könül Əliyeva - Nevena Miliç (Serbiya);
-52 kq çəki dərəcəsində, 1/16 finalda Gültac Məmmədəliyeva - Qabriela Dimitrova (Bolqarıstan);
-52 kq çəki dərəcəsində, 1/8 finalda Aydan Vəliyeva - Maşa Slavineç (Sloveniya).
Qeyd edək ki, təsnifat görüşləri saat 14:00-dan etibarən, final bloku isə 20:00-dan etibarən start götürəcək.
