“İnter”in futbolçularının maliyyə problemləri həll edilib.
Oxu.Az xəbər bu barədə klubun baş məşqçisi Zaur Svanidze bildirib.
“Hər şey yaxşıdı. Maliyyə problemi həll edilib. Futbolçular maaşlarını alıblar, - Oxu.Az baş məşqçinin sözlərini sitat gətirir. Travmalı futbolçumuz da yoxdur, cavab qarşılaşmasına hazırlaşırıq. Növbəti mərhələyə keçmək üçün az da olsa ümidimiz var.
Bizim öz azərkeşlərimiz var. Ümid edirəm ki, onlar sabah bizi dəstəkləməyə gələcəklər, baxamayaraq ki, sabah paralel olaraq “Qəbələ” - “Apollon” oyunu keçiriləcək.
Hava şəraiti oyuna təsir etməyəcək. Bilbaoda da isti idi. Həmçinin axşam saat 9-da Bakıda hava sərin olur.
F.H.
www.oxu.az