İstanbulda Avroliqanın 1/16 final mərhələsinin “Fənərbaxça” – “Zenit” oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolun (21-ci dəq.) müəllifi “Fənərbaxça”nın əlcəzairli legioneri İslam Slimani olub.

44-cü dəqiqədə qonaqlar hesabı bərabərləşdirmək şansı qazansalar da, Robert Mak penaltini dəqiq vura bilməyib.
Qeyd edək ki, digər oyunlar fevralın 14-15-də keçiriləcək.
“Zenit” İstanbuldan əliboş qayıdır - VİDEO
Sail Ağasəlim