“Böyük bir turnirdir. Bakıda keçirilməsinə görə sevinirik. Komanda olaraq Azərbaycanı layiqincə təmsil etməyə və imkan olduqca irəli getməyə çalışacağıq”.
Oxu.Az xəbər verir ki, bunu çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Zeynal Zeynalov Bakıda təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə seçmə mərhələsi çərçivəsində təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi hədəfin final mərhələsinə vəsiqə qazanmaq olduğunu bildirib:
“Final mərhələsinə vəsiqə qazanmaq istəyirik. Hamımız bu fikirlə yaşayırıq. Qrupdan çıxandan sonra bir oyunumuz qalacaq. Orada da qələbə qazansaq, final mərhələsinə yüksələcəyik. Komanda bununla yaşayır”.
Faiq Tahirov