Futbolçu karyerasında dünya çempionu və baş məşqçi qismində Çempionlar Liqasının üçqat qalibi olan Zinəddin Zidan Fransa milli futbol komandasının sükanı arxasına keçib.
Oxu.Az xəbər verir ki, bu barədə mətbuat nümayəndələrinə Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo məlumat verib.
Yeni baş məşqçi ilə imzalanmış müqavilənin müddəti 2030-cu il dünya çempionatının sonunadək qüvvədə olacaq.
Zidanın köməkçiləri qismində daha əvvəl onunla birlikdə fəaliyyət göstərmiş David Bettoni və Hamidu Msaidi yer alacaqlar. Bununla yanaşı, onun məşqçilər korpusuna fiziki hazırlıq üzrə mütəxəssis Qreqori Düpon, eləcə də Fransa yığmasının sabiq futbolçuları olan Fabyen Bartez və Bernar Diomedin də cəlb ediləcəyi gözlənilir.
Zidan bu vəzifədə milliyə 14 il ərzində rəhbərlik etmiş Didye Deşamı əvəzləyib. Xatırladaq ki, Deşamın baş məşqçiliyi dövründə Fransa yığması dünya çempionatının (2018) və Millətlər Liqasının (2021) qalibi olub, həmçinin dünya (2022) və Avropa (2016) birinciliklərinin gümüş medallarını qazanıb.