Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Zirə" Albaniyada çıxış edən azərbaycanlı futbolçunu transfer etmək istəyir
Azərbaycan millisinin üzvü Zamiq Əliyevin Albaniyadakı performansı ona olan diqqəti daha da artırıb. Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə" klubu futbolçunu transfer etmək qərarına gəlib.
Apasport.az xəbər verir ki, yayda Portuqaliyanın "Eştrela Amadora" klubundan təklif alsa da, "Eqnatiya"da qalmağa üstünlük verən müdafiəçiyə bu dəfə Azərbaycandan təklif gəlib.
"Qarabağ", "Araz-Naxçıvan" komandalarında oynamış U-21 yığmamızın sabiq üzvünə "Zirə" maraq göstərir.
Qəsəbə təmsilçisi hazırda "Eqnatiya"da əsas heyət üzvü sayılan və millinin son iki toplanışına dəvət alan Əliyevi qışda heyətinə qatmağı planlaşdırır. Bu keçidin baş tutub-tutmayacağı isə qışda dəqiqləşəcək.
Qeyd edək ki, "Eştrela Amadora" Zamiqi heyətinə qatmaq istəyib. Amma onlar millimizin üzvünün azad agent kimi komandaya keçməsini təklif edib. Əliyevin Albaniya klubu ilə müqaviləsi olduğundan transfer baş tutmamışdı. Lakin portuqallar Zamiq üçün yeni sezonun əvvəlində yenidən addım atacaqlarını bildiriblər.
Əlavə edək ki, 23 yaşlı futbolçu yayda "Eqnatiya"ya keçib və onun Albaniya klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
"Zirə FK" teqi üzrə xəbərlər
- Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"i məğlub etdi
- Premyer Liqa: "Araz-Naxçıvan" "Sabah"a məğlub oldu
- Klubların dünya reytinq siyahısı təqdim edilib - "Qarabağ" beş pillə irəliləyib
- "Zirə"nin braziliyalı hücumçusu ili erkən başa vurub
- "Sumqayıt" Azərbaycan Kubokunda 1/4 finala yüksələn sonuncu klub oldu
Rəylər