"Zirə"dən ayrılan Vensan Tillin yeni klubu məlum olub.
Oxu.Az xəbər verir ki, lüksemburqlu vinger karyerasını Almaniyada davam etdirəcək.
O, Almaniyanın 3-cü liqa təmsilçisi "Valdhof Manhaym" klubuna keçib. 25 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Lüksemburq millisinin 25 yaşlı yarımmüdafiəçisi 2023-2025-ci illərdə "Sabah"da çıxış edib. O, bu komandada 35 oyuna 3 qol vurub. 2025-ci ilin iyununda "Zirə"yə keçən futbolçu cəmi 3 aydan sonra göndərilib.