"Zirə" futbol klubu braziliyalı futbolçusu Rafael Utziqlə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, braziliyalı hücumçu Vyetnamın "Ho Çi Minh Siti Polis" klubuna birillik icarəyə verilib.
Qeyd edək ki, Rafael Utziq 2024-cü ilin yanvar ayından "Zirə" klubunda çıxış edir.