"Zirə" klubu 2 futbolçusu ilə müqavilə müddətini uzadıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Zirə" futbol klubu məlumat yayıb.
Bildirilib ki, Anar Nəzirovla 1 illik yeni müqavilə bağlanılıb.
Həmçinin, İsmayıl İbrahimli də komandaya transfer olub. Son iki mövsümü icarə əsasında "Zirə"də keçirən yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.