“Zirə” klubu yeni futbolçu ilə anlaşıb.
Oxu.Az xəbər verir ki, Bakı klubu Mehdi Cənnətovla iki illik müqavilə bağlayıb.
29 yaşlı qapıçı daha əvvəl Rusiyanın “Anji”, “Baltika” klublarında, ölkəmizdə isə “Sumqayıt”da çıxış edib. Mehdi Cənnətov Azərbaycan milli komandasının da üzvüdür.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqada dördüncü olmaqla avrokuboklara düşə bilməyən “Zirə” dünən millimizin müdafiəçisi Təmkin Xəlilzadə ilə də iki illik müqavilə bağlayıb. Bu, 27 yaşlı Təmkinin “Zirə”yə ikinci qayıdışıdır.