Bu gün Topaz Premyer-liqasının 20-ci turunun iki matçı baş tutub.
Oxu.Az Sportbox.az- a istinadən xəbər verir ki, “Zirə” “Sumqayıt”ın üzərində elə öz meydanında 2:0 hesabı ilə qələbə çalıb.
“Qarabağ” isə öz meydanında Suraxanıda “Xəzər-Lənkəran”ı 3:0 hesabı ilə məğlub edib.
Xatırladaq ki, dünən “Neftçi” və “Rəvan” 1:1 hesabı ilə heç-heçə oynayıblar. Sabah daha iki matç baş tutacaq: “Kəpəz” – AZAL və “İnter” - “Qəbələ”.
Turnir mövqeyi:
1. “Qarabağ” – 41 xal (20 matç)
2. “Zirə” – 35 (20)
3. “İnter” – 30 (19)
4. “Kəpəz” – 29 (19)
5. “Qəbələ” – 28 (19)
6. “Neftçi” – 28 (20)
7. AZAL – 25 (19)
8. “Sumqayıt” – 18 (20)
9. “Xəzər-Lənkəran” – 13 (20)
10. “Rəvan” – 8 (20)