Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

“Zirə”nin aparıcı futbolçusu “Neftçi” ilə matçı buraxacaq
“Zirə”nin aparıcı futbolçusu Ruan Renato “Neftçi”yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XXIII turunun matçında meydana çıxa bilməyəcək.
Oxu.Az xəbər verir ki, buna 30 yaşlı müdafiəçinin “Sumqayıt”a qarşı keçirdikləri XXII turun matçında sarı vərəqə alaraq cəzalı duruma düşməsi səbəb olub.
Braziliyalı oyunçu mövsümün ikinci yarısında ardıcıl 4-cü matçda rəsmi xəbərdarlıq alıb.
Qeyd edək ki, “Zirə” - “Sumqayıt” matçında hesab açılmayıb. “Neftçi” - “Zirə” görüşü fevralın 18-də baş tutacaq.
"Braziliya" teqi üzrə xəbərlər
- Braziliyada futbol matçından əvvəl KÜTLƏVİ DAVA - 115 azarkeş SAXLANILDI
- Əllərində qandal, ayaqlarında zəncir: ABŞ-dən deportasiya olunanlarla təyyarədə qorxunc rəftar
- Braziliyada faciə: Şəhərin mərkəzinə düşən təyyarə avtobusa çırpıldı, ölənlər var
- Tarixin ən yaxşı braziliyalı futbolçusu məlum oldu
- Braziliyada təyyarəni ildırım vurdu
Ən çox oxunanlar
Rəylər