Natiq İsmayılov “Zirə” Peşəkar Futbol Klubunun prezidenti vəzifəsindən istefa verib.
Oxu.Az xəbər verir ki, N.İsmayılov 2015-ci ildən bu klubda çalışırdı.
Qeyd edək ki, Natiq İsmayılov bu klubdakı işinə icraçı-direktor kimi başlamışdı. O, 2017-ci ilin sentyabrında Bakı klubuna prezident təyin edilmişdi.