20 
İyn
2018
23:38
210
33
3400
Virtual karabakh

Oyun aludəçiliyi xəstəlik olaraq qəbul olundu

20 İyn, 2018
23:38
3400

Oyun aludəçiliyi xəstəlik olaraq qəbul olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Video oyunlara həddindən artıq vaxt sərf etmə psixiki pozuntu kimi qəbul olunub. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının ictimailəşdirdiyi xəstəlik siyahısına qeymomaniya (video oyun alüdəçiliyi) daxil edilib.

Oxu.Az “Hi-News” nəşrinə istinadən xəbər verir ki, yeni təsnifat 2019-cu ilin may ayında Ümumdünya səhiyyə assambleyasında təsdiqlənəcək və ən tezi 1 yanvar 2022-ci ildə qüvvəyə minəcək.

Video oyun istehsal edən iri şirkətlər qeymomaniyanın xəstəlik olaraq təsnif olunmasına qarşı çıxıb. ABŞ, Kanada, Avropa, Braziliya və Cənubi Afrikanın oyun tərtibatçılarının fikrinə görə, bu qərarın heç bir elmi əsası yoxdur və əksinə video oyunlar maarifləndirici və terapevtik xüsusiyyətlərə malikdir.

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri isə bu fikirdə deyil.

Onlar iddia edir ki, üç əlamətə əsasən bu xəstəliyin diaqnozunu qoymaq olur:insan özünə nəzarət edə bilmir və günün böyük hissəsini oyunlara sərf edir; oyunlar digər həyat fəaliyyətləri və həyat aspektləri üzərində dominantlıq təşkil edir;  fəsadların göz önündə olmasına rəğmən insan oyunsuz qala bilmir, ondan asılı vəziyyətə düşür.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri