22 
Noy
2013
09:30
74
23
8495
Virtual karabakh

Emin Əhmədov: Çempion ola bilərdim – FOTO

22 Noy, 2013
09:30
8495

Emin Əhmədov: Çempion ola bilərdim – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vaxt yoxdur kitab oxumağa”.

Bu gündən etibarən Oxu.Az öz oxucularına “OK” rubrikasını (Oyundan Kənar) təqdim etməyə başlayır. Bu rubrika çərçivəsində Azərbaycanın tanınmış idmançıları ilə onların idman uğurlarından başqa şəxsi, gündəlik həyatlarını əks etdirən müsahibələr təqdim olunacaq.

Layihənin ilk qonağı isə tanınmış güləşçi, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Emin Əhmədovdur:

- Emin Əhmədovu tanıyaq…Necə bir ailədə böyümüsən? 

- Ailəmiz beş nəfərdən ibarətdir. Sadə ziyalı ailədə böyümüşəm: atam fabrikdə çalışır, anam ali təhsillidir, amma evdar xanımdır. Bir qardaşım və bir bacım var .

- İlk idmana gəldiyin gün?

- 1997 ci ildə 11 yaşım vardı və  dayım məni idmana yazdırdı. İlk dəfə elə  “Xəzər” idman klubunda məşqlərə getməyə başladım. Ağlım kəsəndən güləşə istəyim olub. Düşünürəmki, bəlkədə indi idmançı olmasaydım, nə vaxtsa bu özünü büruzə verəcəkdi .Bir insanın istəyini nə vaxt olursa olsun gerçəkləşdirəcəyinə inanıram.

- Sənə dəstək olan və olmayan kimlər idi?

-Hər zaman ailəm dəstək olub. Dəstək olmayanlarda yəqin məni sevməyən, istəmiyən şəxslərdi. Hamısı sağ olsun.

- Heç olub ki, demisən “kaş bu yerimdə olmayardım”?

- Xeyr, əsla belə hislər keçirməmişəm. Həmişə “nə yaxşı ki güləşçiyəm” demişəm, çünki idmanı sevirəm. Və idmanı sevən gənclərə demək istəyirəm ki, idmanın arxasıyca getsinlər...

- Keçək yarışlara... İlk dəfə yarışa nə vaxt çıxdın? Hansı hissləri keçirirdin?

- İlk dəfə yarışa 11 yaşımda çıxdım və  çox həyəcanlı idim. Hər halda qalib gəlməyi çox istəyirdim. Bu mənim üçün əvəzolunmaz  bir gün, saat, saniyə idi. Bilirsiz hər şeyin ilki həyəcanlı və maraqlı olur.

- Emin nədən narazıdır ən çox?

- Əslində hər şeydən razıyam. Narazı olduğum heç bir şey yoxdur. Şükür edirəm hər şeyə görə. 

- Hansı beynəlxalq yarışlarda iştirak etmisən?

- Qran- pri yarışlarda  iştirak etmişəm və qalib olmuşam. Daha sonra avropa və dünya çempionatında iştirak etmişəm .

- Kimlərsə sənə mane olurdu? Onlar kimlərdir?

- Xeyr, mane olan insanlar olmayıb. Bəlkə də mən bilməmişəm, xəbərim olmayıb (gülür).

- London Olimpiyasına getməyə ümidin var idi, yoxsa deyək ki bu bir şans idi? 

- Yox şans deməzdim, çünki əziyyət çəkirdim və hansısa yerə sahib olacağıma inanırdım. Çempion da ola bilərdim, amma təcrubəsizlik özünü göstərirdi, çünki mən birinci dəfə idi iştirak edirdim .Yəqinki yenidən yarışa getsəm qalib olacam.

- Londondan sonra həyatında nələr dəyişdi?

- Əvvəllər o qədər də tanınmırdım, amma Londondan sonra tanımağa başladılar(gülür). 

- Yarışlara  çıxanda ilk olaraq fikrindən nə keçir? 

- Təbii ki, qalib olmaq. Hər bir idmançı əziyyət çəkir və bəhrəsini görmək istəyir.

- Keçək oyundan kənar Emini tanımağa? Sonuncu dəfə oxuduğun kitab? 

- İnanırsız vaxt yoxdur kitab oxumağa. Sonuncu dəfə nə oxuduğum da yadımda deyil. Adətən qəzetlər oxuyurdum, amma  indi artıq saytlar var və xəbərləri oradan oxuyuram. Amma bir şey söyləyim ki, evimizdə böyük kitab şkafı var və fərqli kitablar yer tutur…

- Öz xarakterində nəyi bəyənmirsən? Səbrsizsən? Deyirlər idmançıların çoxu səbrsiz olur?

- Mən tam əksiyəm, çox səbrliyəm və sakitəm, bir az da utancağam (gülür).

- Boş vaxtın olanda çayxanada domino oynayırsan ya nərd? 

- Əsla. Heç sevmədiyim şeylərdi bunlar. Boş vaxtım olanda istirahət edirəm ailəmlə. Bəlkədə insanlardan çəkinirəm. Bilirsiniz, adam hərdən salam verməyədə çəkinir, oldu olmadı hər şeyi danışırlar.

Nərmin Kazımova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri