Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Parisdə minlərlə insan küçələrə axışdı
Parisdə "Milli Birlik" partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Peni dəstəkləmək üçün mitinq keçirilir. Siyasətçiyə hakimiyyət orqanlarına seçilmək qadağan edilib.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, Voban meydanındakı mitinqdə hər yaşda olan insanlar iştirak edirlər.
Bəzi mitinqçilər Fransa Prezidenti Emmanuel Makronun istefasını tələb ediblər.
Le Pen təhlükəsizlik qüvvələrinin müşayiəti ilə avtomobildə mitinqə gəlib. Partiyanın rəhbəri Jordan Bardella Le Penə qarşı məhkəmə qərarını demokratiyaya birbaşa hücum və milyonlarla vətənpərvər fransıza vurulan zərbə kimi qiymətləndirib.
Xatırladaq ki, 31 mart tarixində məhkəmə Le Peni parlament köməkçiləri işində günahkar hesab edib. Ona 4 il həbs cəzası verilib (onlardan 2-i şərti olmaqla) və 5 il müddətinə dövlət vəzifələrinə seçilməsi qadağan edilib.
"Marin Le Pen" teqi üzrə xəbərlər
- Fransada Le Penin işi ilə bağlı hakimi hədələyən şəxs həbs edildi
- Tramp Marin Le Penə azadlıq tələb etdi
- COJEP sədri: "Le Penin həbsi Makron hakimiyyətinin ona qarşı "sui-qəsd"idir"
- Fransa tarixinin ən uğursuz prezidenti – Saxta demokrat, gerçək diktator
- Le Pen: "2027-ci ilin prezident seçkisi mənim üçün sonuncu ola bilər"