Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Türkiyənin sabiq xarici işlər naziri: "İşğal dövründə Ermənistana xəbərdarlıq etmişdim"
"Hazırda yeni dünya düzəni formalaşır. Hər dövlətin bu düzəndə öz yerini tapması və əməkdaşlıq etməsi lazımdır. Çünki bu düzəndə bəzi dövlətlər geri qalacaq, bəziləri irəli gedəcəklər".
Bunu Oxu.Az-a müsahibəsində Türkiyənin sabiq xarici işlər naziri Hikmet Çetin deyib.
O bildirib ki, ilk növbədə Yaxın Şərq yenidən konfiqurasiya ediləcək:
- Məsələn, bir müddətdən sonra əhali və ərazi baxımından kiçik olan ərəb dövlətləri, eləcə də digər kiçik dövlətlərin birləşməsi müzakirə mövzusu ola bilər. Həmçinin artıq Rusiya supergüc deyil. Mənə görə, bu gün iki supergüc var: ABŞ və Çin. Həm geosiyasi, həm də geoiqtisadi proseslər bunu deməyə əsas verir. Avropa İttifaqı isə bir çox mövzularda lazım olan proseslərə artıq müdaxilə edə bilmir. Həm ortaq ordusu yoxdur, həm də ABŞ əlini ittifaqın üzərindən çəkərsə, çətin duruma düşəcək. Çünki Aİ də, NATO da ABŞ olmadan mövcudluğunu qoruya bilməyəcək. Trampın da bundan sonra nə edəcəyi məlum deyil. Çünki "Birinci Amerika" şüarı ilə gözlənilməz siyasət nümayiş etdirir.
- Azərbaycan Vətən müharibəsindən sonra regionda yeni reallıq yaradıb. Yeni dünya düzənində Azərbaycanın, Türkiyənin və Türk Dövlətləri Təşkilatının yerini necə görürsünüz?
- Azərbaycanın, Türkiyənin və Türk Dövlətləri Təşkilatının yeni dünya düzənində rolu çox yaxşı ola bilər. Amma əvvəlcə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalıdır. Ermənistan artıq revanşist addımlardan əl çəkməlidir, müharibə ilə heç nə əldə edə bilməyəcək. Davamlı sülh lazımdır ki, Cənubi Qafqazda sabitlik olsun, region əməkdaşlıq mühitinə çevrilsin. Çünki Ermənistan bu müharibə ilə çox şey itirdi. Mən xarici işlər naziri olanda Ermənistana bununla bağlı xəbərdarlıq etdim, iqtisadi inkişaf üçün kommunikasiyaların açılışı, boru xətlərinin çəkilişi ilə bağlı təkliflərimi irəli sürdüm, ancaq işğal və sülh olmaması buna mane oldu.
- Türkiyədə terroru məhv etmək üçün "İkinci həll yolu" adlandırılan proses başlayıb. PKK-nın qurucu lideri Abdullah Öcalan təşkilatın ləğvi ilə bağlı məktubunu oxudu. Bu prosesin sonunu necə görürsünüz? Terror təşkilatı ləğv ediləcək?
- Terror qırx ildir ki, Türkiyənin ən böyük problemidir. 1978-ci ildən etibarən terrorçular bizim əsgərlərimizə güllə atmağa başlayıblar. Çox böyük itkilərimiz oldu, ciddi problemlər yaşadıq.
Ona görə də bu problem həll edilməlidir və mən buna inanıram. Öcalan məktubu oxumamışdan əvvəl mən HDP-nin keçmiş sədri Selaheddin Demirtaşı həbsxanada ziyarət etdim. Ondan soruşdum ki, dağdakılar (terrorçular - red.) Öcalanı eşidib silahı yerə qoyacaqlar? O da "eşidəcəklər" deyə cavab verdi. Bu baxımdan, problemin həll ediləcəyinə inanırıq.
Mərahim Nəsib
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Orban Macarıstandan Aİ-yə 12 tələb irəli sürdü
- Əgər Kreml atəşkəsə razılaşmasa... - Avropanın təhlükəsizliyinin qarantı kim olacaq?
- Avropa "sivilizasiya intiharı"nın astanasındadır: ABŞ-nin vitse-prezidentindən xəbərdarlıq
- Rosen Plevneliyev: "Süni intellekti insan amilindən üstün tutmaq, ən azından, etik addım deyil"
- Avropa ABŞ-nin 200% gömrük rüsumları ehtimalına münasibət bildirdi