Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
14 ölkədən QHT-lər Azərbaycanın COP29 fəaliyyətini alqışlayan bəyanat yayıblar
ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Niderland, İtaliya, Macarıstan, Avstraliya, Pakistan, Nigeriya, Əlcəzair, Kamerun, Meksika, Hindistandan olan qeyri-hökumət təşkilatları (QHT) və ictimai fəallar Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayaraq, COP29-a ev sahibliyi edən Azərbaycana güclü dəstək ifadə ediblər.
Oxu.Az-a Azərbaycan Milli QHT Forumuna istinadən müraciətin mətnini təqdim edir:
"Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları və ictimai fəallar, 2024-cü ilin noyabrında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək COP29-un vacibliyini vurğulayırıq. Bu tədbir böyük gözləntilər daşıyır.
COP29-a ev sahibliyi edən Azərbaycan bütün səslərin eşidildiyi, perspektivlərin nəzərdən keçirildiyi və inklüziv nəticələrin təmin edilməsi üçün birgə səylərin səfərbər olunduğu inklüziv mühitin yaradılmasına sadiqlik nümayiş etdirir.
İnklüziv və birgə iqlim fəaliyyətinin tərəfdarları kimi, biz QHT-lərin COP29-da iştirakının vacib əhəmiyyətinə qəti şəkildə inanırıq.
QHT-lər öz icmaları ilə dərin əlaqələri olan maraqlı tərəflər kimi çıxış edərək COP29-da müzakirə və qərar qəbuletmə proseslərini zənginləşdirən özünəməxsus fikir, təcrübə və perspektivlər təklif edir. Onların iştirakı iqlim böhranını həll etmək üçün kollektiv öhdəliyi gücləndirərək sahiblənmə, məsuliyyət və həmrəylik hissini artırır.
Azərbaycan Milli QHT Forumu ilə, COP29-un sədrliyi ilə Azərbaycanla planetimiz üçün ümidli gələcəyə dəstək səylərində həmrəy olduğumuzu bəyan edirik.
İmzalar:
1. Peter Qorgiyevski - Global Dialoq Forumunun rəhbəri, Avstraliya;
2. Giyorqi Tatar - Dialoq və Kütləvi Zorakılıqların Qarşısının Alınması üzrə Budapeşt Mərkəzinin rəhbəri, Macarıstan;
3. Emma Maklennan - EEAST Təhlükəsiz və Davamlı Nəqliyyat üçün Şərq Alyansının prezidenti, Böyük Britaniya;
4. Nixil Aziz - Amerika Yəhudilərinin Dünya Xidmətinin nümayəndəsi, ABŞ;
5. Dr. David Apollus - Akross Atlantik İnkişaf Təşkilatının baş icraçı direktoru, Böyük Britaniya (ECOSOC statuslu təşkilat);
6. Edda Guiberti - Tripla Difesa O.N.L.U.S təşkilatının prezidenti, İtaliya (ECOSOC statuslu təşkilat);
7. Evelin Bisona Fonkem - Aztəminatlıların Rifahı Assosiasiyasının nümayəndəsi (ECOSOC statuslu təşkilat);
8. Adetola Ojeniyi - Böyük Britaniya və Afrika İnkişaf və Tədqiqat Mərkəzinin nümayəndəsi - Böyük Britaniya (ECOSOC statuslu təşkilat);
9. İanna Mallayka Foundation - Niderland (ECOSOC statuslu təşkilat);
10. Bencamin Yu – "El Pozo de" Vida təşkilatının nümayəndəsi, Meksika;
11. Aleksiya Klaydon - QHT eksperti, Böyük Britaniya;
12. Frensis Niba - Vətəndaş Təbliğatı Koalisiyasının nümayəndəsi, Böyük Britaniya;
13. Patrisia Haydeger - Avropa Ətraf Mühit Bürosunun nümayəndəsi, Belçika;
14. Katalin Hartviq - QHT eksperti, Almaniya;
15. Feliks Masi - "Səssiz Uşaqlar" təşkilatının təsisçisi, ABŞ
16. Nyanq Miçel - ekspert, ABŞ;
17. Sana Ullah - Pakistan Gənclər Təşkilatının rəhbəri, Pakistan;
18. Nik Nvolisa - Gənclərlə iş üzrə ekspert, Nigeriya
19. Mayk Handkok - "Circle of Excellence Group"un rəhbəri, Avstraliya;
20. Peter Mousaferiadis - "Cultural Infusion" təşkilatının rəhbəri, Avstraliya;
21. Əbdülməjid Əmrani - Batna Universitetinin professoru, Əlcəzair;
22. Hassina Hemamid - Batna Universitetinin professoru, Əlcəzair;
23. Şehnaz Nadirşah - Meher Roşani Fondunun və Qlobal Dialoq Fondunun nümayəndəsi, Hindistan/Avstraliya;
24. Bencamin Bikford - ekspert, Avstraliya;
25. Priyanqa Premaratne - Beynəlxalq Sanşayn Koas İnkişaf Universitetinin tədqiqatçısı, Avstraliya;
26. Uzma Nahid - "Solution for You" təşkilatının təsisçisi, Pakistan;
27. Anumnu İkenna Maykl - Səhiyyə və Ətraf Mühitin Mühafizəsi üzrə "GoodWash" Fondunun nümayəndəsi, Nigeriya;
28. Alfons Rac - Kəndlərin Rekonstruksiyası və İnkişaf Layihəsinin nümayəndəsi, Hindistan;
29. Vera Daniel - Şəffaflıq Uğrunda Afrika Gənclərinin nümayəndəsi, Nigeriya;
30. Elonq Emilienne-Alice, GDF Müxtəliflikdə Birlik Təşkilatının nümayəndəsi, Kamerun.
"COP29" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT