2015-ci ilin yanvar ayında istehsalatda baş verən bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalaraq 28,5%-dən 15%-ə düşüb.
Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadə bildirib.
“Ötən ilin yanvar ayında bu cür 4 bədbəxt hadisə baş vermişdisə, bu ilin yanvarında belə hadisə qeydə alınmayıb”- deyə, xidmət rəisi bildirib.
Xidmət rəisi bu il görülən işlərdən danışıb:
“Hüquq pozuntusuna görə, cərimələnən sahibkarlardan alınmış 85 796 min manat dövlət büdcəsinə ödənilib. Gecikdirilmiş ödəmələrin məbləği 527 574 manat olub. Bu məbləğin 88,8%-i (468 434 manat) əmək haqları, 6,4%-i (33 932 manat) zərər əvəzi ödənclər, 4,8%-i (25 208 manat) sosial müavinət və kompensasiyalar olub”.
Qeyd edək ki, hesabat ilində 20 417 qanunvericiliyin pozulması halları aşkarlanıb.