Türkiyənin 30 ildir fəaliyyət göstərən "Sabay Logistika" şirkəti yeni model taksilərin ("Black Cab") Çindən Bakıya gətirilməsi üzrə keçirilən "Şanqay-Bakı" tenderinin qalibi olub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, artıq 200 maşından ibarət ilk partiya noyabrın 27-də Dərincə limanında yüklənərək yola salınıb.
"Sabay Logistika" şirkətinin idarə heyətinin sədri Bülent Aymenin sözlərinə görə, şirkət 504 avtomobilin 3 ay ərzində Bakıya daşımasına dair öhdəlik götürüb.
"200 maşından ibarət ilk partiyanı Şanqay limanından Dərincə limanına gətirib daşıyıcı vasitələrlə Bakıya göndərdik", - deyə B.Aymen bildirib.